9 C
Baku
Thursday, December 12, 2024

MBNP daşınar əmlakın yüklülüyunün dövlət reyestrinin aparılması üçün proqram təminatı üçün tender elan edir

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) daşınar əmlakın yüklülüyunün dövlət reyestrinin aparılması üçün proqram təminatının hazırlanmasına dair açıq tender elan edib.

Tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri fevralın 12-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə fevralın 21-nə qədər MBNP-nin Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxslər Palatanın Təminat və satınalmalar sektorunun əməkdaşları – Tural Quluzadə (tel.: (012) 493 50 58, daxili 285; e-poçt: [email protected]) və Ələmqulu Quliyevdir (tel.: (012) 493 50 58, daxili 346; e-poçt: [email protected]).

Təkliflərə fevralın 22-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Qiymətləndirmə zamanı maliyyə və texniki amillər (iddiaçının təcrübəsi, proqram platformasının spesifikasiyası) nəzərə alınacaq. İşin görülmə müddəti tender üzrə satınalmaq müqaviləsi imzalandığı gündən sonrakı 7 aydır.

Son xəbərlər
Digər xəbərlər