26 C
Baku
Saturday, July 27, 2024

MBNP problemli kreditlərlə bağlı “Kompensasiya məbləğinin sorğulanması” xidmətini hazırlayıb

Maliyyə Bazarlarına Nəzarət Palatası “Kompensasiya məbləğinin sorğulanması” xidmətini işə salıb. Banker.az zəbər verir ki, bu xidmətdən MBNP-nin rəsmi saytında daxil olaraq istifadə etmək mümkün olacaq.

Palatanın saytının “Problemli kreditlərin həllinə dair məlumat” hissəsində “Kompensasiya məbləğinin sorğulanması ” (link: https://pk.fimsa.az)  pəncərəsi yaradılıb.

Bank müştərisi adını və parolunu daxil etməklə alacağı kompensasiya məbləğini öyrənə bilər.

“Kompensasiya məbləğinin sorğulanması” xidmətinin işə salınması kompensasiya alacaq vətəndaşların siyahısının hazır olduğuna işarədir.

Bundan əvvəl, Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında vətəndaşların devalvasiya nəticəsində banka olan borclarının silinən hissəsi ilə bağlı siyahı yerləşdiriləcəyi açıqlanmışdı.

Son xəbərlər
Digər xəbərlər