2 C
Baku
Saturday, December 14, 2024

MBNP-yə daha bir səlahiyyət verildi – Özəlləşdirmə ilə bağlı

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Prezident İlham Əliyev fərman imzalayıb.

“Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 5.11-ci bəndində “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.” – deyə fərmanda deyilir.

Qeyd edə ki, bundan əvvəl, dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətləri səhmlərinin buraxılışı, qeydiyyatı və tədavülü qaydaları qanunvericiliyə uyğun olaraq ləğv edilmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilirdi. Fərmana görə, bu səlahiyyət artıq Maliyyə Bazarlarına Nəzarət Palatasının öhtəsində olacaq.

Son xəbərlər
Digər xəbərlər