9 C
Baku
Friday, December 13, 2024

McDonald’s Qazaxıstanda adını dəyişəcək

Qazaxıstandakı McDonald’s restoranları bundan sonra bu brend altında fəaliyyət göstərməyəcək. Bu barədə “Food Solutions KZ” şəbəkəsinin qazaxıstanlı françayzi şirkətinin saytında dərc edilmiş bəyanatda deyilir.

Orada bildirilir ki, qərar təchizat məhdudiyyətləri səbəbindən verilib. “Fəaliyyətin bərpası və yeni ad altında yeni fastfud restoranlarının açılışı yaxın gələcəkdə elan ediləcək”, – mesajda deyilir.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl “Bloomberg”in mənbələri bildirmişdilər ki, McDonald’s ət tədarükü ilə bağlı problemlərə görə Qazaxıstanı tərk etmək niyyətindədir. Belə ki, Qazaxıstanın müəssisələri Moskvaya qarşı tətbiq edilən sanksiyalara məruz qalmasa da, Rusiyanı tərk edən McDonald’s yerli françayzi sahibinə rus tədarükçülərindən ət almağı qadağan edib.

Qeyd edək ki, Qazaxıstandakı franşizanın sahibi Kayrat Boranbayevdir. O, ölkənin keçmiş prezidenti Nursultan Nazarbayevin qohumudur. Kayrat Boranbayev Belarusda da McDonald’s franşizinə da sahib olub, lakin 2022-ci ildə tədarük problemlərinə görə lisenziyanı itirib.

Son xəbərlər
Digər xəbərlər