9 C
Baku
Friday, December 13, 2024

“McKinsey” 2 min işçini ixtisar edir

Dünyanın ən böyük strateji idarəetmə konsaltinq şirkətlərindən biri olan “McKinsey & Co” 2000-ə yaxın əməkdaşını ixtisar etməyi planlaşdırır. Bu, şirkətin demək olar ki, əsrlik tarixində ən böyük ixtisarlardan biridir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Mənbələr bildiriblər ki, ixtisarlar “Project Magnolia” adlı planın bir hissəsi kimi həyata keçirilir və ilk növbədə şirkətin müştəriləri ilə birbaşa əlaqəsi olmayan inzibati və texniki heyətə təsir edəcək. Son illərdə McKinsey çoxlu yeni işçilər işə götürür və indi, mənbələr bildirir ki, şirkət dəstək departamentlərinin təşkili prosesini yenidən qurmaq istəyir.

İxtisarların yaxın həftələrdə baş verəcəyi gözlənilir. Hazırda şirkətdə 45 min nəfər çalışır. Daha əvvəl “KPMG”, “Disney”, “Yahoo”, “News Corp”, “eBay”, “Dell Technologies”, “FedEx”, “PayPal”, “Philips”, “Dow”, “3M”, “SAP” və digər şirkətlər kütləvi ixtisarlar edib.

Son xəbərlər
Digər xəbərlər