5 C
Baku
Saturday, December 14, 2024

“McKinsey” opioid satışının təşviq edilməsinə görə $573 mln. cərimə ödəyəcək

“McKinsey” konsaltinq şirkəti ABŞ-da opioid satışının təşviqindəki rolu ilə bağlı istintaqa son qoymaq üçün razılaşma çərçivəsində 573 milyon dollar təzminat ödəyəcək.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “New York Times” yazıb.

Bildirildiyi kimi, şirkət ABŞ-ın 47 ştatı, Kolumbiya dairəsi və ABŞ-ın idarəçiliyi altında olan daha beş ərzi ilə müqavilə bağlayıb. “McKinsey”nin “Purdue Pharma” şirkəti tərəfindən istehsal olunan Oksikodon preparatının satışını təşviq etməsi və opioid böhranında rolunun olması ilə bağlı məhkəmə işi açılmışdı.

Mənbələr “McKinsey”in razılaşma müqaviləsindəki səhvləri qəbul etmədiyini, lakin müəyyən növ narkotik maddələrlə işini məhdudlaşdırmağa razı olduğunu yazır.

Keçən ilin avqust ayında ABŞ-dakı prokurorların opioid böhranının ortaya çıxması ilə əlaqədar olaraq, “Purdue Pharma”dan 13 milyard dollar məbləğində təzminat istədikləri bildirilmişdi. Maliyyə tələblərinə həmçinin 6 milyard dollardan çox cərimə və 3 milyard dollardan çox müsadirə cəzası daxildir. Şirkət opioid böhranının qarşısının alınması üçün üç cinayət işi üzrə günahkar olduğunu qəbul edib.

Xatırladaq ki, daha əvvəl “Purdue Pharma” ABŞ hökumətinə müflisləşmə haqqında müraciət göndərib.

“Purdue Pharma” – ağrıkəsici olan Oksikodon preparatının istehsalı ilə məşğuldur. Onun satışından şirkət təxminən 35 milyard dollar gəlir əldə edib. O, Amerika şəhərlərinin mübarizə apardığı “opioid” şirkətlərdən yalnız biridir. Ümumilikdə “Purdue Pharma”ya qarşı 2 mindən çox iddia qaldırılıb. İddiaçılar istehsalçını distibyutorlarla sövdələşərək, xəstələrin hesabına böyük mənfə

Son xəbərlər
Digər xəbərlər