8 C
Baku
Friday, December 13, 2024

MDB-də investisiya mühiti, islahatlar və korrupsiya inkişafı ləngidir – S&P

Zəif investsiya mühiti, özəl sektorlara yönəlmiş islahatların azlığı və yüksək korrupsiya səviyyəsi neft və qazın istismarı və ixracından asılı olan MDB ölkələrinin iqtisadi artım tempini zəiflədir, beynəlxalq Standard&Poor’s reytinq agentliyi belə qənaətdədir. 

«Xüsusən də bu səbəbdən MDB ölkələrinin iqtisadiyyatları məhdud bazalarını saxlamalı olur ki, bununla da onlar zahiri şoklara qarşı daha həssas (tez zərər görə bilən) olurlar», S&P-nin məruzəsində deyilir.  

S&P Rusiya, Ukrayna, Belorus, Qazaxıstan, Azərbaycan, həmçinin 2008-ci ildə Rusiya ilə müharibədən sonra MDB-ni tərk etmiş Gürcüstanın iqtisadiyyatlarını izləyir.

«Yalnız Gürcüstanda dinamik inkişaf edən qeyri neft sektoru vardır ki, biz də onun ortamüddətli perspektivdə güclü bir artım təmin etməyə davam edəcəyinə ümid edirik» – S&P-nin məruzəsində deyilir.

Bununla yanaşı MDB-nin karbohidrogen ixracatçıları arasında yalnız Qazaxıstanın öz hasilatlarını nəzərə çarpacaq qədər artırmaq perspektivləri vardır».

«Biz 2012-ci il ilə müqayisədə neftin qiymətlərinin qalxacağını gözləmirik, əks təqdirdə bu Rusiya və Azərbaycan iqtisadiyyatına təkan verici təsir göstərərdi», yenə də S&P-nin məruzəsində qeyd olunur.

Agentlik həmçinin MDB dövlətləri iqtisadiyyatlarının onlara keçmiş Sovet İttifaqından miras qalmış yüksən enerji tutumluğunu da qeyd edir.

«Karbohidrogen xammallarının idxalatçıları üçün yüksək istehlak səviyyəsi cari hesablar və büdcə üçün əlavə yükdür. Karbohidrogen xammallarının ixracçıları üçün isə öz karbohidrogen resurslarının istehlak dəyəri ixracatdan daha yüksəkdir», -fikri də məruzədə əks olunur.

Büdcə stimullarına yer yoxdur

MDB dövlətləri daha yüksək artım templərinə nail olmağa çalışır, amma köklü islahatları olmayınca bu artımın haradan mənbə götürəcəyi bəlli deyil Agentlik qeyd edir ki, keçmişdə büdcə stimulları region ölkələri arasında daha populyar idi, amma indi onlar üçün imkanlar məhdudlaşıb.

«Karbohidrogen idxalatçıları büdcə və maliyyə çətinlikləri ilə üzləşir, xüsusən də neft və qaz qiymətlərin yüksən olması səbəbindən. Rusiya və Azərbaycan kimi neft ixracçıları isə neftə tətbiq edilən stabil qiymətlər və xammal hasilatındakı durğunluq səbəbindən məhdudiyyətlə ilə üzləşir», —S&P yazır.

Rusiya, Qazaxıstan və Azərbaycanın son illərdə yürütdüyü ekspansiya siyasəti, həmin ölkələrin büdcə defisitinə girmədən öz məsrəflərini artıq imkanını məhdudlaşdırır.

«Hər üç ölkə təmiz kreditordur və öz ehtiyat fondlarını işə sala bilərlər. Amma Rusiyaya gəldikdə, onun hər iki ehtiyat fondu ixtisar edilib və biz belə təxmin edirik ki, artıq 2014-cü ildə o təmiz borcluya çevriləcək. Azərbaycanın büdcə göstəriciləri isə 2013-cü ildə pisləşməlidir və biz belə proqnoz edirik ki, yaxın on il ərzində bu ölkə ilk dəfə konsolidasiya olunmuş büdcə defisiti ilə üzləşəcək », —S&P belə düşünür.

İslahatsız artım mövcud deyil

S&P-nin rəyinə əsasən iqtisadiyyata dəstək göstərmək gücünə malik islahatlar olmadan regionda artımdan söhbət gedə bilməz.

«Məsələn, RF rəsmiləri iqtisadiyyata stimul verilməsi imkanlarını araşdırır. Amma bizim fikrimizcə, Rusiyada gələcək inkişafa dəstək ola biləcək bir sıra islahatlara ümumiyyətlə toxunulmur. Bu islahatlar özündə işgüzar və investisiya mühitinin yaxşılaşmasını, istehsal və nəqliyyat infrastrukturunun təkmilləşməsini və dövlətin iqtisadiyyatdakı hər şeyi əhatə edən rolunun azalmasını əhatə edir », S&P yazır.

Rusiya, Qazaxıstan və Azərbaycan üçün başlıca problem iqtisadiyyatın karbohidrogen sektorundan asılı qalmaqda davam etməsidir. Diversifikasiyanın yoxluğu uzunmüddətli gələcək artım imkanlarının təmin edilməsini çətinləşdirir.

Ortamüddətli perspektivdə S&P gözləyir ki, neft və qaz hasilatının çoxalması Qazaxıstan üçün əlavə gəlir mənbəyi rolunu oynayacaq, bu isə onu digər neft ixracçıları ilə müqayisədə fərqləndirir. Azərbaycanda 2015-ci ildə neft hazılatı azalacaq, amma qaz hasilatının artımı bu itkiləri hissə-hissə kompensasiya edəcək.

«Hər üç ölkədə karbohidrogen sektorunun hökmran mövqeyindən əlavə, dövlətin iqtisadiyyatda həddindən böyük təsiri, yüksək korrupsiyaya meyllilik və zəif investisiya və işgüzar mühit başlıca problemlər olaraq qalır və özəl sektor tərəfindən hərəkətə gətiriləcək daha diversifikasiya olunmuş iqtisadiyyata doğru yolda başlıca əngəl olmaqda davam edir», S&P öz mühazirəsində belə yazır.

Ukrayna və Belorus iqtisadiyyatlarında hökm sürən natarazlıq islahatların həyata keçirilməsini dəstəkləyən institutların möhkəmlənməsi sayəsində aradan qaldırıla bilər, agentlik belə hesab edir.

«Ukrayna islahatsız qalmış qaz sektoruna görə əziyyət çəkir, bu isə ölkənin cari hesabları və büdcəsi üzərinə təzyiq göstərir, Belorusda isə energetika sektorunun effektivliyini və təhlükəsizliyini yüksəltməklə Rusiyadan asılılığı azalda bilərdi», S&P öz mühazirəsində qeyd edir.

«Karbohidrogen ixracçıları kimi bu ölkələr biznes-iqliminin yaxşılaşmasına yönəlmiş islahatlar və dövlətin iqtisadiyyatdakı rolunun ixtisarı nəticəsində vəziyyətdən uduşla çıxa bilərdi».

Aşağıda sizə S&P tərəfindən MDB regionunda qiymətləndirilən ölkələrin zəif və güclü tərəfləri həmçinin, agentliyin ÜDM və reytinq ilə bağlı proqnozları təqdim edilir:

Azərbaycan

ÜDM artımı 2012-ci ildə— 1,8%, 2013-cü ildə— 3,4%

Reytinqlər: «ВВВ-“/stabil/«А-3»

Güclü tərəflər:

  • Büdcə və ehtiyat «yastıqlarının» əhəmiyyətli həcmi;
  • Dövlət borcunun aşağı səviyyədə olması;
  • Əhəmiyyətli dərəcədə neft və qa ehtiyatları;

Zəif tərəflər:

  • Yüksək geosiyasi risklər;
  • Mərkəzləşmiş və qeyr şəffaf qərar qəbulunun siyasi riskləri, inkişaf etməmiş müstəqil institutlar;
  • Nisbətən zəif pul və bank sistemi

Belorus

ÜDM artımı 2012-ci ildə— 1,5%, 2013-cü ildə— 2,7%

Reytinqlər: «В-“/pozitiv/«В»

Güclü tərəflər:

  • Əhəmiyyətli dərəcədə əsas və insan kapitalı
  • Dövlət maliyyəsinin qənaətbəxş defisiti

Zəif tərəflər:

  • Qeyri müəyyən, gözlənilməz siyasət, köklü iqtisadi problemlərə qarşı zəif müqavimət qabiliyyəti
  • Dövlət borclanmasının artımı, xarici maliyyədən və enerji subsidiyalarından asılılıq
  • Zəif xarici likvidlik

Gürcüstan

ÜDM artımı 2012-ci ildə— 6,1%, 2013-cü ildə— 3,5%

Reytinqlər: «ВВ-“/stabil/«В»

Güclü tərəflər:

  • Qənaətbəxş dövlət borcu
  • Ortamüddətli perspektivdə güclü artım potensialı
  • İnstitutların keyfiyyətinin və siyasi hakimiyyətin hesabatlılığın yaxşılaşdırılmasının davam etməsi;

Zəif tərəflər:

  • xarici risklərə qarşı yüksək həssaslıq
  • Pul siyasətinin məhdud elastikliyi
  • Adambaşına düşən ÜDM-in miqdarının azlığı

Qazaxıstan

ÜDM artımı2012-ci ildə— 5,0%, 2013-cü ildə— 5,0%

Reytinqlər: «ВВВ+”/stabil/«А-2»

Güclü tərəflər:

  • Daxili və xarici profisit (büdcə artıqlığı)
  • Neft və qaz hasilatını, həmçinin investisiyaları təmin edən təbii resursların bolluğu;
  • Dövlət borcunun aşağı səviyyəsi

Zəif tərəflər:

  • Mərkəzləşmiş, qeyri şəffaf hakimiyyət, prezidentin varisi ilə bağlı aydınlığın olmaması;
  • Bank sektoru hələ də böyük miqdarda problemli kreditlərdən can qurtara bilmir;
  • İqtisadiyyatın diversifikasiyası üçün islahatların keçirilməsinə yetərincə təşəbbüs göstərilməməsi.

Rusiya

ÜDM artımı2012-ci ildə— 3,4%, 2013-cü ildə— 3,0%

Reytinqlər: «ВВВ”/stabil/«А-2»

Güclü tərəflər:

  • Əhəmiyyətli dərəcədə büdcə ehtiyatları
  • Dövlət borcunun aşağı səviyyəsi
  • Geniş təbii resurslar

Zəif tərəflər:

  • Siyasi, məhkəmə və iqtisadi institutların zəif hesabatlılığı;
  • Məhdud iqtisadi baza
  • Xammaldan asılılıq

Ukrayna

ÜDM artımı2012-ci ildə— 0,2%, 2013-cü ildə— 1,0%

Reytinqlər: «В”/neqativ/«В»

Güclü tərəflər:

  • Nisbətən aşağı, lakin yüksəlməkdə olan dövlət borcu
  • Əhəmiyyətli dərəcədə xammal ehtiyatları
  • Nisbətən güclü artım potensiallı

Zəif tərəflər:

  • Büdcə konsolidasiyasına və köklü islahatlara əngəl olan siyasət;
  • Maliyyələşmə problemlər, xarici və daxili defisit
  • Böyük miqdarda problemli kreditlərdən əziyyət çəkən maliyyə sistemi
Son xəbərlər
Digər xəbərlər