27 C
Baku
Saturday, July 27, 2024

MDB liderləri bu məsələləri müzakirə edirlər

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün Astanada keçirilən sammitdə MDB dövlətlərinin liderlərinin humanitar əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə edəcəklərini bildirib.

Tokayev MDB Dövlət Başçıları Şurasının iclasının açılışında belə deyib.

“Bu gün dövlət başçılarına humanitar tərəfdaşlıq, təhlükəsizlik və əməkdaşlığımızın digər aspektləri ilə bağlı mühüm məsələlər təqdim olunur”.

Tokayev qeyd edib ki, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ilk dəfədir ki, MDB Dövlət Başçıları Şurasının üzvü kimi iclasda iştirak edir.

“Burada olan həmkarlar adından və şəxsən öz adımdan əlbəttə ki, sizi salamlayıram və qardaş türkmən xalqının rifahı naminə məsul dövlət fəaliyyətinizdə uğurlar arzulayıram”, – Tokayev əlavə edib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər