9 C
Baku
Friday, December 13, 2024

MDB-nin növbəti sammiti Minskdə keçiriləcək

MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2021-ci il oktyabrın 15-də Belarusun paytaxtı Minskdə keçiriləcək.

TASS xəbər verir ki, bunu MDB-nin icraçı katibi Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə quruma Belarus sədrlik edəcək.

Qeyd edək ki, 1991-ci il dekabrın 8-də Belarusun Minsk şəhərinin Belovejsk qoruğunun Viskonsinsk iqamətgahında Sovet Sosialist Respublikaları İttifaqının ləğv edilməsi barədə RSFSR, Belarus və Ukrayna tərəfindən saziş imzalanıb. Həmin tarixdə onlar Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradıldığını elan ediblər.

Son xəbərlər
Digər xəbərlər