18 C
Baku
Thursday, April 25, 2024

MDB ölkəsində benzinin qiyməti yenə bahalaşıb

Belarusda avtomobil yanacağının pərakəndə satış qiyməti mart ayı ərzində dördüncü dəfə bahalaşıb.

Xarici KİV-ə istinadən, bununla ölkədə 2018-ci ilin əvvəlindən 5 dəfə bahalaşma qeydə alınıb.

Martın 30-dan etibarən Belarusda avtomobil benzini və dizel yanacağının qiyməti 1 qəpik və ya orta hesabla 0,75% artıb.

Beləliklə, “Aİ-92” markalı benzinin qiyməti 1,25 Belarus rublu/litr (1,09 manat), “Aİ-95” markalı benzinin qiyməti 1,33 Belarus rublu /litr (1,16 manat), “Aİ-98” markalı benzinin qiyməti 1,54 Belarus rublu /litr (1,34 manat), dizel yanacağının qiyməti isə 1,36 Belarus rublu/litr (1,18 manat) təşkil edir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər