16 C
Baku
Thursday, April 25, 2024

MDB ölkələrində İKT məhsullarının idxalı artıb

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) məhsullarını ən çox idxal edən məkan Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrdir. Birlik dövlətlərinin son illər İKT məhsullarının beynəlxalq ticarətindəki payı 29 faiz artıb.

Bu məlumat BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında yer alıb. Sənəddə qeyd olunur ki, İKT məhsulları beynəlxalq ticarətinin həcmi 2017-ci ildə ən yüksək səviyyəyə – 2,1 trilyon dollara çatıb. Bu məhsullar internetin elektron komponentləri – ötürücülər, sensorlar, “ağılı maşınlar”dır. Lakin bu rəqəm sözügedən sahədə 2000-ci ildə yaşanmış ticarət bumundan azdır.

Hesabatda bildirilir ki, elektron komponentlərin ticarəti hər il orta hesabla 8 faiz artır. UNCTAD-ın texnologiya şöbəsinin direktoru Şamika Sirimanın sözlərinə görə, son illər rəqəmsal texnologiyalara tələb görünməmiş templə artmaqdadır. Əvvəlki kimi, İKT məhsullarının satışı üzrə ilk onluqda Çin və Cənubi Koreyanın liderliyi davam edir. Həmin onluğa daxil olan ölkələrin ümumi ticarətdə payı 86 faizə çatıb. ABŞ isə həm bu onluğa daxildir, həm də ən çox İKT məhsulları idxal edən ölkələrin siyahısına başçılıq edir. Ən böyük ixracatçı olan Çin isə idxalçıların siyahısında ikinci yerdədir.

Sənəddə qeyd olunan daha bir maraqlı məqam ondan ibarətdir ki, az inkişaf etmiş ölkələrin idxal göstəricilərində mobil telefonlar, inkişaf etmiş dövlətlərin idxalında isə kompüterlər üstünlük təşkil edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər