“Nə qədər ki, Ukraynada Prezident Volodimir Zelenski hakimiyyətdədir, danışıqlar mümkün deyil”.
Bunu Rusiyanın sabiq Prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev deyib.
O bildirib ki, istənilən münaqişə danışıqlarla başa çatır: “Danışıqlar qaçılmazdır. Lakin nə qədər ki, Zelenski hakimiyyətdədir bu, olmayacaq”.
D.Medvedev, həmçinin münaqişənin onilliklər boyu davam edə biləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Kreml əvvəllər bir neçə dəfə Kiyevlə danışıqlara hazır olduğunu bildirib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.