27 C
Baku
Saturday, July 27, 2024

Medvedev: Yalnız Rusiyanın tam qələbəsi qlobal münaqişənin qarşısını ala bilər

Yalnız Rusiyanın Ukraynadakı tam və yekun qələbəsi qlobal münaqişənin qarşısını almağın təminatıdır.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev rəsmi “Telegram” səhifəsində yazıb.

Medvedev onu da əlavə edib ki, Qərb dövlətləri dünyanı qlobal müharibəyə sürükləyir.

Qərb dövlətlərinin irəli sürdüyü “Rusiyaya Ukraynadakı müharibədə qələbə qazanmağa imkan vermək olmaz” tezisinə cavab olaraq Medvedev deyib: “Gəlin hər şeyi öz adı ilə çağıraq. Qərb dövlətləri dünyanı qlobal müharibəyə aparır və Rusiyanın Ukraynada tam qələbə qazanması dünya miqyaslı münaqişənin qarşısını almaq üçün təminat verir”.

Son xəbərlər
Digər xəbərlər