2 C
Baku
Saturday, December 14, 2024

Mehmet Şimşək: Gələn aydan Türkiyədə inflyasiya kəskin azalmağa başlayacaq

Gələn aydan başlayaraq Türkiyədə inflyasiya çox kəskin şəkildə aşağı düşməyə başlayacaq. Yolumuz bu istiqamətdədir. Keçid dövrü başa çatıb, deflyasiya dövrünə qədəm qoymuşuq.

Bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək bildirib.

Orta və uzunmüddətli dövrdə iqtisadi böyüməyə təsir edəcək məqamlara toxunan nazir ticarətdə proteksionizm və parçalanmanın qlobal artıma mənfi təsir göstərdiyini, süni intellekt və struktur islahatlarının bunu artıracaq amillər arasında olduğunu deyib.

Nazir investisiya mühitinin yaxşılaşdırılmasını ayrıca müzakirə etdiklərini və bunun özlüyündə əhəmiyyətli bir məsələ olduğunu bildirib.

Qlobal iqtisadiyyata inteqrasiyanın vacibliyini vurğulayan Şimşək bildirib ki, hazırda Türkiyədə həyata keçirilən islahatlar eyni şəkildə davam etdiriləcəyi təqdirdə iki il ərzində qlobal normalara görə ölkənin milli gəlirində əlavə 4 ballıq, 4 ildə isə istehsalda əlavə 8 ballıq artım olacaq.

Mehmet Şimşək Türkiyənin qlobal ticarətdəki problemlərdən nisbətən daha az təsirlənən ölkələrdən olduğunu, investorların doğru proqnozlarını artırmaları üçün nəzərdə tutulan sabitlik və islahat proqramı haqqında məlumat verib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər