11 C
Baku
Wednesday, December 11, 2024

Meksika “Pfizer” və “BioNTech”in peyvəndini təsdiqləyib

Meksikadakı “Cofepris” sağlamlığa nəzarət agentliyi təcili olaraq “Pfizer” və “BioNTech” şirkətləri tərəfindən koronavirusa qarşı peyvəndin istifadəsinə icazə verib.

“Kommersant”a istinadən verdilən məlumata görə, bunu Meksikanın səhiyyə nazirinin müavini Uqo Lopes-Qatell deyib.

“Sağlamlığa nəzarət agentliyi COVID-19-un qarşısını almaq məqsədilə “Pfizer” və “BioNTech”in “SARS-CoV-2″ virusa qarşı peyvəndinin təcili istifadəsinə icazə verib”, – deyə nazir müavini bildirib.

Qeyd edək ki, COVID-19 pandemiyası başladığı gündən bu yana Meksikada 1,2 mln. insan sözügedən virusa yoluxub, 112 min nəfər ölüb, 904 min nəfər sağalıb.

Xatırladaq ki, bundan öncə peyvəndlərin ölkələrində istifadəsinə Böyük Britaniya, Bəhreyn, Kanada və ABŞ-da icazə verilib.

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər