Fotoqraf Oskar Ruis Meksikanın “Banamex” bankı tərəfindən həyata keçirilən “Sərhədləri silmək” aksiyası çərçivəsində ölkənin paytaxtı Mexikoda 4 foto çəkmişdir. Bu şəkillər özlüyündə şəhərin varlı və kasıb qəsəbəsi arasındakı “uçurumu” əks etdirir: bir tərəfdə bəyaz dəbdəbəli villalar, digər tərəfdən isə yarı çatlamış boş evlər.
Aksiya ümumilikdə şəhər və dövlət rəhbərliyinin bu ərazilərdə infrakstrukturun yaxşılaşdırılması üçün kasıb qəsəbələrə diqqət çəkməkdir. Şəkillərdən heç biri üzərində sonradan işlənilməmişdir. Belə ki, fotoqraf yoxsulluq sərhədini sırf öz təbii çalarları ilə təqdim etməyi istəmişdir. Aksiyanın sloqanı da buna uyğun şəkildə belə idi: “Bu şəkillərdə dəyişiklik edilməyib. Onu dəyişmək zamanıdır”.
Qeyd edək ki, Meksika əhalisinin 50%-i yoxsul təbəqəyə aiddir.