15 C
Baku
Friday, March 29, 2024

“Bravo”nun sabiq direktoru Meliorasiya və Su Təsərrüfatına sədr təyin edildi – SƏRƏNCAM

Zaur Mikayılovun “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti  İlham Əliyev sərəncam imzalayıb.

“Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilsin” deyə sərəncamda qeyd edilir.

Zaur R. Mikyalıov buna qədər “PASHA Holding” MMC-nin törəmə şirkətləri olan “Azərbaycan Supermarket” MMC (Bravo Supermarket) və “Agro Dairy” MMC-nin direktoru kimi çalışırdı. Onun “Azərbaycan Supermarket” MMC-dən ayrılması barədə Banker.az bir müddət əvvəl ilk məlumat yaymışdı.

Xatırladaq ki, 2 aprel tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəni vəzifəsindən azad edib. Əhmədzadə 1993-cü ildən bu quruma rəhbərlik edirdi.

Son xəbərlər
Digər xəbərlər