Avstraliyalı Melita Hunter Kaulmandes özünün əzəli arzusunu reallığa çevirməyi bacarmışdır. O adi evdar qadından inanılmaz populyarlıqla istifadə edilən kurortun sahibəsinə çevrilmişdir.
Hər şey 2005-ci ildə Melitanın həyat yoldaşının Kambocaya işə dəvət edilməsi ilə başlayır. Təbii olaraq, qadın da həyat yoldaşı ilə birgə Cənub-Şərqi Asiyaya yola düşür. Cütlük ilk əvvəldə Kambocada 1 il qaldıqdan sonra, New-York-a getməyi planlaşdırmışdı.
Lakin Siam körfəzində bir qədər yaşadıqdan sonra burada qalmaq qərarına gəlirlər. Onların buraya gəlməsindən artıq 10 il ötüb və onlar hələ də orada yaşamağa davam edirlər. Melita 15 min dollara kimsəsiz ada almağı və burada möhtəşəm kurort inşa edərək xərclədiyi məbləğin daha artığını geri qaytarır.
Hazırda Song Sea Resort adlanan bu məkan özündə 27 villa, yerli mətbəxi özündə əks etdirən restoranları, spa-xidmətləri və təbii olaraq da, möhtəşəm təbiəti birləşdirir. Adada bir gün keçirmək təqribən 870 dollara başa gəlir. Bu məbləğ çox olsa da, Melitanın turist cəlb etməklə bağlı problemi yoxdur.
Adada yerləşən bütün mənzillər təbii və yaxud bir qədər düzəliş edilmiş materiallardan – ağac, daş və hətta köhnə qayıqların qalıqlarından hazırlanmışdır. Yeri gəlmişkən, burada villaları nəinki icarəyə götürmək, hətta almaq da mümkündür. Villaların qiyməti isə 600 min dollardan 1,7 milyon dollara qədərdir.
Yerli əhali onları rəğbətlə qarşılayıb. Cənub-Şərqi Asiyada iş yerləri ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Bu cütlük burada kurort yaratdıqda təbii olaraq çox sayda yerli kambocalıları işlə təmin etmişlər.
Melita bundan əlavə, adada müxtəlif xeyriyyə işləri ilə də məşğul olur. Adaya istirahət üçün gəlmiş turistlər bu işdə ona kömək etmək şansına sahibdirlər.