2 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

“Bank Melli İran-Bakı”-nın zərəri artıb

“Bank Melli İran” Bakı filialının aktivləri illik 17,7% artaraq cari il iyulun 1-nə 99 821 958,42 manata yüksəlib. İlin əvvəli ilə müqayisədə isə aktivlərdə 1,04% azalma qeydə alınıb. Xəbərə görə,müştərilərə verilmiş kreditlər illik 19,5% artaraq 9 648 495,12 manata çatıb.

Bankın nizamnamə kapitalı dəyişməz qalaraq cari il iyulun 1-nə 51 433 671,44 manat təşkil edib. Yığılmış zərər də ötən ilin eyni dövrü ilə müqayisədə 23,2% artaraq 326 871,73 manatdan 402 632,52 manata yüksəlib.

Bank cari ilin birinci yarımilində bankın xalis zərəri 125 289,85 manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bank 505 386,67 manat xalis mənfəət əldə edib. /Report

Son xəbərlər
Oxşar xəbərlər