20 C
Baku
Bazar, Oktyabr 24, 2021

“Meqa Sığorta”da yığıncaq keçiriləcək

17 iyun 2021-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 19A ünvanında yerləşən Cəmiyyətin Baş ofisində “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30%-lik səhmdarı), 19%-i Nəzakət İsmayılovaya, 19%-i Zaur Quliyevə, 14%-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10%-i Zeynal Əliyevə, 10%-i Faiq Şahəliyevə, 9%-i isə Yaşar Əliyevə məxsusdur.

Son xəbərlər
Oxşar xəbərlər