“Mercedes-Benz” şirkəti yeni nəsil GLE modelini təqdim edib.
Banker.az-ın Trend-ə istinadən məlumatına görə, yeni avtomobillər 2019-cu ilin əvvəlində satışa çıxarılacaq.
Qeyd olunur ki, yeni avtomobillər müxtəlif yeniliklərlə təchiz olunub.
Belə ki, avtomobil “Active Stop-and-Go Assist” idarəetmə sistemi ilə təmin olunub. Bundan başqa yeni GLE modellərinin salonu genişləndirilib.