16 C
Baku
Monday, April 29, 2024

Mercedes dünyanı Hitlerdən xilas edir

Kinoakademiyanın tələbələri tərəfindən alman avtomobil konserni üçün qalmaqallı video-çarx

“Təhlükəni yaranmamışdan əvvəl aşkar edir” – Almaniyanın Lüdviqsburq şəhərində yerləşən kinoakademiyanın tələbələri tərəfindən çəkilən Mersedes Sedanın yeni reklam çarxındakı şüar belə səslənir. Video vasitəsi ilə yol nəqliyyat hadisələrinin qarşısını almaq imkanı verən texnologiyalar barədə anons edilməsi nəzərdə tutulmuşdu.

Lakin çarxın müəllifləri fantaziyalarını işə salaraq bir təklif irəli sürürlər. Onlar reklam çarxında bu texnologiyanı bir neçə il əvvəl mövcud olmuş kimi və yalnız bir neçə dəqiqə sonra baş verəcək təhlükəni deyil, həmçinin bir neçə il sonra baş verəcək təhlükələri də aşkar etmək qabiliyyətinə malikmiş kimi təqdim etməyi təklif edirlər.

Çarxın süjetinə görə, sürücü Mersedes avtomobilində Braunau-na- İnne şəhərinə gəlir (Adolf Hitlerin anadan olduğu yer). Collision-Prevent-Assist-System avtomobil sistemi təhlükəni proqnozlayır və tədbirlər görür.

Konsernin rəhbərliyi bu çarxı bəyənmir. O, nasizmi təbliğ etməyi mənəviyyata zidd hesab etdyini söyləyərək bu çarxın yayımlanmasına icazə vermir.

Şirkət videonun müəlliflərini belə bir bildiriş – bu çarxın Mercedes/Daimler AG şirkətinə heç bir aidiyyatı yoxdur- yerləşdrilməyə məcbur edir.

Lakin videonu silinməsinə aid heç bir göstəriş verilməmişdi.

{youtube}5nBJ2RIW-G0{/youtube}

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər