2 C
Baku
Saturday, December 14, 2024

Merçendayzinq üzrə Baş Mütəxəssis – Bakcell

Vakansiya haqqında
Departament Satış
Şöbə Pərakəndə Satış
Bölmə Merçendayzinq
İş qrafiki Standart
İş yeri Port Baku Cənub Qülləsi
Son müraciət tarixi 08.02.2019
Sizin əsas vəzifə öhdəlikləriniz
  • Distribüter, diler, subdiler və digər bazar iştirakçıları ilə sıx şəkildə əlaqə saxlamaq
  • Dilerlərin satış hədəflərinə uyğun məhsulların miqdarını təyin etmək
  • Dilerlərin tam potensial ilə fəaliyyətini təmin etmək məqsədilə müvafiq təhlillər aparmaq
  • Müştərilərin məhsullara olan münasibəti və rəqiblərin fəaliyyəti ilə bağlı bazar araşdırması aparmaq
  • Satışı təhlil etmək və proqnozlaşdırmaq
  • Yüksək satış potensialına malik olub lakin zəif satış nəticələri göstərən satış məntəqələrinin monitorinqini aparmaq və tam potensial ilə fəaliyyətini təmin etmək
  • Məhsulların şirkət standartlarına uyğun qablaşdırılması, nişanlanması və əlverişli yerləşdirilməsini təmin etmək
  • Satış məntəqələrində şirkətin öz məhsullarına təyin etdiyi qiymətləri təmin etmək və onlara nəzarət etmək
  • Gəlirin artırılması məqsədi ilə dilerlərə xüsusi tariflərdə dəstək göstərmək
  • Mobil rabitə bazarı üzrə mütəmadi olaraq məlumatlar toplamaq və yoxlamaq
  • Xüsusi promo kampaniyaların/məhsulların bazarda irəliləmə siyasəti üzrə müştərilərin rəyini öyrənmək
  • Müşahidələri rəhbərliyə yönləndirmək, zərurət olduğu halda xüsusi kampaniyaları davam etdirmək və dayandırmaq
  • Diler/Subdilerləri ziyarət etməklə müştərilərlə əlaqələr saxlamaq və sualları cavablandırmaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
  • İqtisadiyyat, Biznesin İdarəedilməsi, Marketinq və ya Maliyyə üzrə Ali təhsil
  • Satış və ya Ticari Marketinq sahəsində 2-3 il iş təcrübəsi (Merçendayzinq sahəsində təcrübə üstünlük hesab olunur)
Sizdən tələb olunan bacarıq və səriştəliklər
  • Rəqabət yönümlü təhlil aparma qabiliyyəti
  • Analitika qabiliyyəti
  • Hesabatlar hazırlamaq bacarığı
  • Detallara diqqət yetirmə qabiliyyəti
  • Qərar qəbul etmə bacarığı
  • Danışıqlar apara bilmək qabiliyyəti
  • Nəticə yönümlü
  • Proqnozlaşdırma bacarığı
  • Azərbaycan (səlis), Rus (yaxşı) və İngilis (yaxşı) dillərini bilmək
  • MS Office Proqramlarını bilmək
  • “B” kateqoriya sürücülük vəsiqəsi
Müraciət etmək üçün
  • CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
  • Başlıqda “Sahə üzrə Merçendayzer” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
  • Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son xəbərlər
Digər xəbərlər