Almaniya Xristian Demokratik İttifaqın sədri Annegret Kramp-Karrenbauer vəzifəsini tərk edir.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, Merkelin varisi 2021-ci ildə kansler vəzifəsinə namizəd olmaqdan imtina edib. Xatırladaq ki, Kramp-Karrenbauer AXİ-yə 2018-ci ildə rəhbərlik etməyə başlayıb və bu günədək Almaniyanın indiki kansleri Angela Merkelin varisi sayılıb.
Angela Merkel Annegret Kramp-Karrenbauerə öz təşəkkürünü bildirərək, onun 2019-cu ilin iyulunda tutduğu müdafiə naziri vəzifəsində qalacağına ümid etdiyini bildirib. Bu haqda “Financial Times” məlumat verib.