7 C
Baku
Sunday, December 15, 2024

“Merkuri BOKT” QSC-nin 2021-ci il üzrə audit rəyi verilmiş maliyyə hesabatı açıqlanıb

®Audit rəyini “Prime Audit and Consulting” audit şirkəti verib.

Kredit təşkilatının faiz gəlirləri 1 milyon 128 min 636 manat, faiz xərcləri 471 min 851 manat, qeyri-faiz gəlirləri 198 min 794 manat, qeyri-faiz xərcləri 762 min 053 manat  təşkil edib.

31 dekabr 2021-ci il tarixinə “Merkuri BOKT” QSC-nin cəmi aktivləri 3 milyon 845 min 013 manat olub ki, bu da illik müqayisədə 8.17% artım deməkdir. Bunun 3 milyon 203 min 224 manatı müştərilərə verilmiş kreditlərdir. 2020-ci ildə bu göstərici 2 milyon 630 min 611 manat olub.

Hesabat dövründə təşkilatın cəmi öhdəlikləri 11.5% artaraq 3 milyon 071 min 907 manat, cəmi kapitalı isə 773 min 106 manat olmuşdur.

“Merkuri BOKT” QSC-nin illik mənfəətinin həcmi isə 71 min 435 manat təşkil edib.

Təşkilat 2012-ci ildə yaradılıb.

Audit 2021

Son xəbərlər
Digər xəbərlər