15 C
Baku
Wednesday, April 24, 2024

“Meta” öz virtual valyutasını yaradır

“Meta” şirkətinin maliyyə şöbəsi virtual valyuta yaratmaq imkanlarını nəzərdən keçirir.

Bu barədə Banker.az “Kommersant”a istinadən xəbər verir.

“Financial Times” qəzetinin məlumatlarına əsasən, şirkət yeni gəlir mənbələri axtarır, çünki “Facebook” və “Instagram” tətbiqlərinin populyarlığı get-gedə azalır.

“Meta” daxilində işçilər yeni virtual valyutanı “Zuck Bucks” adlandırırlar. “FT”yə görə, onun blokçeyn əsaslı kriptovalyuta olması ehtimalı azdır və şirkət oyun proqramlarında istifadə olunan NFT tokenlərinə daha çox meyllidir.

Bundan əlavə, “sosial tokenlər” və ya “reputasiya tokenlər”in yaradılması imkanları nəzərdən keçirilir. Onlar, məsələn, “Facebook”un inkişafına verilən töhfəyə görə verilə bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər