4 C
Baku
Saturday, February 24, 2024

Metropoliten deyir ki, Xırdalana metro xəttinin çəkilməsi aktual deyil

“Mövcud konseptual inkişaf sxeminə əsaslansaq, Xırdalana metro xəttinin çəkilməsi aktual deyil”.

Bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, ümumiyyətlə nəqliyyat məsələlərinin həll olunması məsələsində əsas prioritet hardasa metro stansiyalarının inşası deyil, məhz inteqrasiya olunmuş nəqliyyat, bir nəqliyyatdan digərinə rahat keçidin təmin edilməsi, eyni zamanda insanlara daha çox nəqliyyat seçimi imkanının verilməsidir:

“Metro şəhərdaxili nəqliyyat sayılır. Bu mənada Bakının mərkəzi əsas olmaq şərtilə biz hələ ki, bu məsələlərin həllinə tam nail olmamışıq. Xırdalan, Sumqayıt böyük şəhərlərdir. Düzdür, dünya praktikasında ətraf ərazilərə metro xəttinin çəkilməsi nümunələri var. Lakin Bakı üçün bu məsələ hazırda aktual deyil”.

Son xəbərlər
Digər xəbərlər