-1 C
Baku
Sunday, December 15, 2024

Meymunçiçəyi daha bir Avropa ölkəsində aşkarlandı

Polşanın meymunçiçəyi virusuna ilk yoluxma halı aşkarlanıb.

Bu barədə ölkənin səhiyyə naziri Adam Nedzielski açıqlayıb:

“Bizdə 10-a yaxın meymunçiçəyi şübhəsi var, nümunələr araşdırılır. İyunun 10-u bizdə ilk yoluxma hadisəsinin olduğu gündür”.

Öz növbəsində Polşa Səhiyyə Nazirliyinin mətbuat katibi Voytsex Andruseviç xəstənin xəstəxanada təcrid olunduğunu bildirib.

Qeyd edək ki, ÜST daha əvvəl 27 ölkədə meymunçiçəyinə 800 yoluxma barədə məlumat yayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər