Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatının meymunçiçəyi virusunun təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən ölkələrdən olub.
Bunu səhiyyə naziri Teymur Musayev deyib. O bildirib ki, artıq həmin testlər ÜST-nin Azərbaycandakı Nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib.
“Testlər yaxın 2-3 gün ərzində Azərbaycana gətiriləcək”,-nazir deyib.