22 C
Baku
Friday, April 19, 2024

Microsoft-a yeni başçı təyin edildi

Amerikanın dünyaca məşhur Microsoft şirkətinin yaradıcı Bill Gates şirkətdə tutduğu direktorlar şurası sədri vəzifəsini tərk etdiyini elan etdi. Planetin ən varlı insanların biri olan Gates yeni icraçı direktorun məsləhətçisi olmağı və özünü yeni məhsulların istehsalına həsr etməyi qərara alıb. Şirkətin yeni direktorlar şurasının sədri isə Con Tompson ola bilər.

Bununla yanaşı, Microsot şirkəti nəhayət ki, uzun axtarışlardan sonra axtardığı yeni baş icraçı direktorunu tapdı. Bu şəxs Satya Nadella olacaq.

1002060_579403655484822_1015894515_n

Verilən məlumatlara görə, Nadella 22 il ərzində Microsoft şirkətində çalışıb. Onun şirkətdə tutduğu ən son vəzifə biznes bölməsinin icraçı vitse-prezidenti idi.

Qeyd edək ki, Microsoft şirkəti keçən il ərzində baş icraçı direktor vəzifəsi üçün 100-dən çox namizədi nəzərdən keçirmişdi. Bu namizədlər arasında Stiven Elop, Satya Nadella, Alan Mulalli, Toni Beyts də var idi.

Son xəbərlər
Digər xəbərlər