Ötən ilin sonunda “Microsoft” şirkətinin ABŞ ordusundan HoloLens əlavə reallıq cihazının adaptasiya edilməsinə dair müqavilə qazandığı ortaya çıxıb.
Banker.az xəbər verir ki, yeni qurğuya “Integrated Visual Augmentation System” (IVAS) adı verilmişdir, müqavilənin ümumi dəyəri 479 milyon dollar təşkil edir.
ABŞ ordusu HoloLens 2 versiyasının əsasında yaradılmış IVAS-in eksklüziv nümayişini təqdim edib. CNBC redaktorları eynəklərin əsgərlər tərəfindən praktiki nümayişini izləyiblər. Ümumiyyətlə, bütün döyüşçülər bu istifadə təcrübəsinin “Call of Duty” oyununa bəzəndiyini qeyd ediblər.
IVAS-da başın təsvirini əks etdirən ekran var ki, bu da özündə sahibin yerləşməsini, kompasın göstərdiyi istiqaməti və komanda yoldaşlarının geolokasiyasını birləşdirir. Görünüş baxımından qarnitur mövcud HoloLens 2 ilə eyni olsa da, əlavə olaraq FLIR termal görüntü kamerası ilə təchiz edilib.
Aydındır ki, IVAS funksional bir alət deyil, sadəcə yeni konsepsiyanın sınağıdır. Misal üçün bu qarniturun böyük ölçüyə malik olmasını göstərmək olar.
Gələcəkdə hərbiçilər üçün 100.000-dən çox eynəyin hazırlanması və 2028-ci ilə qədər ABŞ ordusunun bütün bölmələrini bu eynəklə təchiz edilməsi planlaşdırılır.