“Microsoft” korporasiyası dekarbonizasiya texnologiyasına $1 mlrd. sərmayə qoyur

“Microsoft” korporasiyası Yer kürəsinin atmosferindən karbon tullantılarını çıxarmaq və ya azaltmaq üçün texnologiyalar üzərində işləyən şirkət və təşkilatlara 1 milyard dollar sərmayə qoyacaq.

Banker.az xəbər verir ki, İT nəhəngi karbon tullantılarını azaltmaq məqsədilə görülən işlərin iqlim dəyişikliyinin qarşısını almaq üçün kifayət etmədiyini vurğulayıb.  

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

Növbəti dörd il ərzində şirkətin İqlim İnnovasiya Fondu müxtəlif layihələrə kapital qoyuluşları, kreditlər və digər maliyyə dəstəyi şəklində dəstək verəcək. Qeyd edildiyi kimi, fond “Microsoft” un iqlim sahəsində digər xeyriyyə proqramlarında iştirak etməyəcək. Proqram istehsalçısı 2020-ci ilə qədər karbon tullantılarının əhəmiyyətli dərəcədə azalacağını proqnozlaşdırır.

“Bu onillik təcili tədbirlər zamanıdır”, – “Microsoft” un baş direktoru Satya Nadella şirkətin verdiyi qərara şərh bildirir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları