“Microsoft” korporasiyası “Netflix”i 190 milyard dollara almaq istəyir. Mümkün razılaşma haqqında “Reuters” yazıb. Jurnalistlərin fikrincə, alış 2023-cü ildə baş tuta bilər.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Bu iki şirkət bir-biri ilə sığ bağlıdır. Məsələn, “Netflix”in əsas reklam partnyoru “Microsoft”dur. Bundan əlavə, “Microsoft”un prezidenti Bred Smit “Netflix”in idarə heyətinin üzvüdür”, – jurnalistlər vurğulayırlar.
Korporasiyanın bazar dəyəri “Netflix”dən 13 dəfə çoxdur, ona görə də o, asanlıqla videoxidməti ala bilir.