7 C
Baku
Thursday, December 12, 2024

“Microsoft” milyard dollarlıq vergidən yayınıb

“Microsoft” şirkəti ABŞ-ın Vergilər Xidmətinin onun ödənilməmiş vəsaitlərinin 28.9 milyard dollar qiymətləndirdiyini və iddialarla razılaşmadığını bildirib.

Bu barədə şirkətin Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim etdiyi məlumatda deyilir.

“Ver İdarəsi bildirir ki, “Microsoft” 2004-2013-cü illər üçün əlavə olaraq 28.9 milyard dollar vergi, üstəgəl cərimələr və faizlər borcu var”, – SEC müraciətində qeyd edir.

“Microsoft” Vergilər Xidmətinin hesablamaları ilə razılaşmayıb və apellyasiya şikayəti verəcəyini vəd etdi. “Biz 2004-cü ildən bəri ABŞ-a 67 milyard dollardan çox vergi ödəmişik”, – şirkət əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər