6 C
Baku
Monday, December 16, 2024

“Microsoft Teams”da təşkilati işlər üçün yeni platforma yaradılıb

“Microsoft” şirkəti “Teams” daxilində işçilərin ünsiyyəti, təlimi və təşkilatı üçün yeni platforma yaradılıb.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə Şirkətin baş direktoru Statya Nadella məlumat verib.

Platforma dörd hissədən ibarətdir – Connections, Insights, Learning və Topics. Onlardan hər biri platformanı yaxşılaşdırmaq məqsədini daşıyır – emosional vəziyyət, öyrənmə və məlumat paylaşma.

Viva Connections – fərdiləşdirilmiş rəqəmsal iş yeridir, hansıki işçiyə həmkarları ilə ünsiyyət qurmağa, qarşıya məqsədlər qoymağa və şirkətin resurslarına çıxmağa imkan verir.

indir 16

“Microsoft” 2021-ci ilin birinci yarısında kütləvi sınaq üçün fərdi kompüterlər üçün də tətbiq yaradacağına söz verib.

Viva Insights tükənmənin qarşısını almağa və işçilərə vaxtlarını ağıllı şəkildə idarə etməyə kömək edəcək: işi təşkil etmək, fasilələri planlaşdırmaq, vəzifələri paylamaq. Menecerlər və rəhbərlər “Teams”da keçirilən yığıncaqların məlumatlarından istifadə edə, komandanın işini yaxşılaşdırmaq üçün tövsiyələr ala biləcəklər.

indir 17

Viva Learning özündə şirkət üçün əlçatan olan bütün tədris mənbələrini birləşdirir – istifadəçilər Microsoft Learn, Skillsoft, Coursera, Pluralsight, edX, o cümlədən öz tədris materiallarından yararlana biləcəklər.

Viva Topics “layihələr”, “məhsullar”, “proseslər” və “müştərilər” kimi kateqoriyalar üçün kartlar yaradır və bunun üçün süni zəkadan istifadə edir. Bu, lazım olan məlumatları tapmağı asanlaşdırır.

indir 18

Qeyd edək ki, Viva Connetions platformasına həmçinin digər xidmətlərin məlumatlarını inteqrasiya etmək mümkün olacaq. Məsələn, ServiceNow və Salesforce.

Son xəbərlər
Digər xəbərlər