Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Sumqayıtdayaşayış kompleksinin tikintisini planlaşdırır.
Banker.az xəbər verir ki, “MİDA” “Mənzil Kiçik Müəssisəsi” ilə müqavilə bağlayıb.
Müqavilədə Sumqayıt şəhəri, Dənizkənarı Bulvar ərazisində 2,0 hektar torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün mühəndis-geoloji və geofiziki tədqiqat işləri nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 17 780 manatdır.