23 C
Baku
Tuesday, April 23, 2024

Mikayıl Cabbarov: “Azərbaycanın insan kapitalı – Azərbaycanın gələcəyidir”

“Azərbaycan dövlət qulluqçularının hazırlığı və təkmilləşdirilməsi məsələsində Yaponiyanın təcrübəsini öyrənir”.

Bunu Yaponiya İmperatorunun ad günü münasibətilə keçirilən tədbirdə Azərbaycanın yeni təyin edilmiş vergilər naziri Mikayıl Cabbarov deyib.

“Azərbaycanla Yaponiya arasında sıx münasibətlərin mövcudluğu ölkələr arasında olan uzaq məsafənin heç bir əhəmiyyətinin olmadığının təzahürüdür”, – M.Cabbarov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Yaponiyanı müasir dünyaya olan ümumi baxış və milli kimliyin qorunması kimi məsələlər birləşdirir: “Yaponiya ilə Azərbaycan arasında məhsuldar dialoq qurulub”.

“Azərbaycanın insan kapitalı – Azərbaycanın gələcəyidir. Buna görə biz Yaponiyanın bu sahədə təcrübəsini öyrənmək üçün yeni imkanlar axtarırıq”, – M.Cabbarov deyib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər