10 C
Baku
Wednesday, December 11, 2024

Mikayıl Cabbarov Xəzər Siyasət Mərkəzinin icraçı direktoru ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Niftinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Görüşdə iqtisadiyyat naziri ABŞ ilə iqtisadi tərəfdaşlığın inkişaf etdiyini qeyd edib. Nazir Azərbaycanın ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu, regional təhlükəsizlik və əməkdaşlıq, iqlim dəyişikliyi, enerji, su və ərzaq təhlükəsizliyi və s. istiqamətlərdə əməkdaşlıq imkanlarını vurğulayıb. O, bildirib ki, pandemiyanın təsirlərinin aradan qaldırılması, iqtisadi fəallığın bərpa edilməsi, biznesin aktiv fəaliyyətə qaytarılması qarşıda duran əsas vəzifələrdəndir və bu məqsədlə institusional islahatların həyata keçirilməsini tələb edən hədəflər müəyyənləşdirilib.

Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti ABŞ-nin işgüzar dairələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştiraka maraq göstərdiklərini diqqətə çatdırıb.

Nazirlikdən bildirilir ki, görüşdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Xəzər Siyasət Mərkəzinin nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərimizə səfəri nəzərdə tutulur.

fqan nifti

Son xəbərlər
Digər xəbərlər