14 C
Baku
Monday, May 13, 2024

Mikayıl Cabbarov yeni saziş barədə məlumat verdi

Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası çərçivəsində standartlaşdırma və metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında hökumətlər arası saziş imzalanıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Bundan başqa, onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Gürcüstanın analoji qurumları ilə anlaşma memorandumları imzalayıb.

“Bu sənədlərdən irəli gələn məsələlərin icrası qarşılıqlı faydalı əlaqələrimizin inkişafında əhəmiyyətli olacaq”, – deyə o, qeyd edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər