7 C
Baku
Thursday, December 12, 2024

Mikro, kiçik va orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətləri açıqlanıb

Azərbaycanda mikro, kiçik va orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətləri açıqlanıb.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsində əksini tapıb.

Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

1. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmət və dəstək haqqında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məlumatlılığının artırılması, qarşılaşdıqları çətinliklərin həlli və fəaliyyətlərinin inkişafının dəstəklənməsi üçün səlahiyyətli qurum vasitəsilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bilavasitə fəaliyyət göstərdiyi ərazilərdə xidmətlərin təşkili;

2. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirak mexanizminin təkmilləşdirilməsi;

3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sahibkarlıq və investisiya fəaliyyətini təşviq edəcək vergi siyasətinin həyata keçirilməsi;

4. mikro, kiçik və orta sahibkarlığa dəstək infrastrukturunun formalaşdırılması və onun daimi inkişafının təmin edilməsi;

5. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə xidmətlərin göstərilməsi ilə bağlı inzibati prosedurların və dövlət nəzarəti prosedurlarının, o cümlədən onlar tərəfindən lisenziya və icazələrin alınması prosedurlarının sadələşdirilməsi;

6. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətində innovativ texnologiyalardan, həmçinin malların (işlərin, xidmətlərin) keyfiyyətinin artırılmasını təmin edən texnologiyalardan istifadəsinə dəstək və stimullaşdırma mexanizmlərinin tətbiqi;

7. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılması sahəsində dəstək göstərilməsi;

8. mikro, kiçik və orta sahibkarlıq subyektlərində korporativ idarəetmə, korrupsiya ilə mübarizə və keyfiyyətin idarə edilməsi standartlarının aşkarlıq və hesabatlılıq prinsipləri əsasında tətbiqi və təşviqi;

9. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsi;

10. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ekoloji təmiz iqtisadiyyatda rolunun yüksəldilməsi və ekoloji təmiz texnologiyalardan istifadəsinin təşviqi;

11. mikro, kiçik və orta sahibkarlara effektiv məsləhət xidmətinin formalaşdırılması;

12. mikro, kiçik və orta sahibkarların mütərəqqi bilik və bacarıqlara çıxış imkanlarının artırılması;

13. iqtisadiyyatın sahələri üzrə mikro, kiçik və orta sahibkarların biznes təşəbbüslərinin dəstəklənməsi və innovativ sahibkarlığın təşviqi;

14. mikro, kiçik və orta sahibkarların yeni bazarlara çıxış imkanlarının artırılması;

15. mikro, kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışının asanlaşdırılması, o cümlədən investorlarla birgə işin qurulmasının dəstəklənməsi;

16. mikro, kiçik və orta sahibkarlara dövlət-biznes xidmətlərin təşkili sahəsində imkanların yaradılması və bizneslərarası xidmətlərin təşkilində metodiki və digər dəstəyin göstərilməsi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər