Mikro və Riteyl kreditləri departamentinin direktor müavini (İstehlak kreditləri üzrə)
Namizədə olan tələblər:
- Ali təhsilli;
- İstehlak kreditləri sahəsində azı 4 illik iş təcrübəsi;
- İdarəetmə və liderlik qabiliyyəti;
- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
- Yüksək kommunikasiya qabiliyyəti;
- Normativ xarakterli sənədlərin (prosedurların, qaydaların, təlimatların və s.) yazılması bacarığı;
- Bank fəaliyyətini tənzimləyən qanunvericiliklə tanış olması;
- Azərbaycan dilini səlis, rus və ya ingilis dillərini yüksək səviyyədə bilməsi.
Əsas vəzifələri:
- Bankın pərakəndə bankçılıq üzrə biznesinin inkişafı və satış prosesinin optimallaşdırılması;
- Pərakəndə kreditləşmə məhsullarının hazırlanması üzrə təkliflərin verilməsi;
- Bankın istehlak kreditləri üzrə büdcə hədəflərinin yerinə yetirilməsini təmin etməsi;
- Müştəri xidməti strukturları tərəfindən edilən satışlara dəstək və nəzarət;
- Bankın istehlak kredit portfelinin keyfiyyətinə nəzarət;
- Pərakəndə bankçılıq üzrə metodologiyanın hazırlanması və tətbiqinin təmin edilməsi.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır..
Əlaqə vasitələri:
E – mail : career@rabitabank.com
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33