Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: Maliyyə və kredit /Bank
Vəzifə : Mikromaliyyə üzrə mütəxəssis (Bakı, Sumqayıt, Quba, Salyan, Şəki, Mingəçevir, Bərdə, Şəmkir, Tovuz, Lənkəran regionları üzrə)
Müqavilə şərtləri: Daimi
Bank haqqında
Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.
Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank, bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.
Başlıca öhdəliklər və məsuliyyətlər:
- Müştərilərin cəlb edilməsi;
- Müştərinin biznesinin təhlil olunması;
- Təhlilin nəticəsinə uyğun kreditlərin rəsmiləşdirilməsi;
- Mikromaliyyə üzrə aylıq/illik plan və tapşırıqların yerinə yetirilməsi.
Namizədin Profili
- Ali təhsil;
- Yaş həddi: 21 – 30;
- Mikromaliyyə sahəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir;
- Riyazi biliklərə sahib olmalı;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Kompüterdən adi istifadəçi səviyyəsində istifadə etmək bacarığı, “MS Office”i lazımi səviyyədə mənimsəmək bacarığı;
- Ünsiyyət qurmaq və azərbaycan dilində sərbəst danışmaq bacarıqları;
- Təhlil etmək bacarığı;
- İş təcrübəsinə tələb yoxdur.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə cv@unibank.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində Mikromaliyyə üzrə mütəxəssis (müraciət etdiyiniz regionun adı) göstərməyiniz xahiş olunur.