-3 C
Baku
Sunday, December 15, 2024

Millət vəkilləri Mərkəzi Bankın qərarına münasibət bildiriblər

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1 faiz həcmində məhdudlaşdırılmasına dair göstəriş verib. Qərar artıq bu gündən qüvvəyə minib.

Milli Məclisin deputatı Əli Məsimli açıqlamasında bildirib ki, bu qərar komissiya haqları sahəsində bankların yaratdığı əlavə narazılığın aradan qaldırılması və bu sahədəki xaotik meyllərin durdurulması üçün çox vacibdir.

Onun fikrincə, ancaq hazırda əhali bank sahəsində belə kosmetik addımları yox, sistemli tədbirləri özündə əks etdirən qərarın verilməsini istəyir: “Cəmiyyət həm də, banklarla əmanətçilərin, eləcə də kredit alanların maraqlarının toqquşmasını deyil, həmin maraqların balanslaşdırılmasına aparan köklü islahatlar gözləyir”.

Deputat qeyd edib ki, MB-ın qərarı yalnız komissiya haqları sahəsində bankların yaratdığı əlavə narazılığın aradan qaldırılmasına təsir göstərə bilər.

Mili Məclisin deputatı Vahid Əhmədov isə Mərkəzin Bankın bu qərarını müsbət dəyərləndirib: “Düzdür, bankların vəziyyəti hazırda qənaətbəxşdir və onlar öz gəlirlərini götürə bilirlər. Komissiya haqqının azaldılması isə daha çox ölkədə kredit qoyuluşu ilə əlaqədardır. Çünki, əhalinin banklara olan borcları çoxdur. Düşünürəm ki, bu qərarı müsbət qiymətləndirmək olar. Bu qərar həm də bank sisteminin daha da təkmilləşdirilməsinə və əhali ilə banklar arasındakın narazılıqların aradan qaldırılmasına xidmət edəcək”.

SalamNews

Son xəbərlər
Digər xəbərlər