21 C
Baku
Saturday, May 4, 2024

Milla Yovoviç Bakıya gəlib

Bu gün Hollivud ulduzu, dünya şöhrətli aktrisa Milla Yovoviç Azərbaycanda süd məhsulları üzrə aparıcı kompaniya olan Milla-nın televiziya reklam çəkilişləri üçün Bakıya gəlmişdir. Bruketa&Zinic OM Reklam agentliyi və Milla kompaniyası son dörd ay ərzində bu reklam kampaniyasının hazırlıq işləri və Milla Yovoviçin Bakıya səfəri üzərində çalışıblar.

Milla Yovoviç Amerikan kino ulduzudur. O, “Beşinci element” , “Resident Evil”, “Return to the Blue Lagoon” kimi filmlərin çəkilişindən sonra məşhurluq qazanmışdır. Milla Yovoviç Ukraynada rus-serb ailəsində dünyaya göz açıb və rus dilini öz doğma dili hesab edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər