İstehlaka yararsız qida məhsulları məhv edilib.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
“Milla Dairy” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciəti əsasında 70 adda 8 ton müxtəlif növ süd və süd məhsulu, 7 adda 14,6 ton müxtəlif növ dondurma məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.