Azərbaycanda prosessinq mərkəzlərindən biri “Milli Kart” MMC-nin Audit komitəsinə yeni üzv təyin edilib.
Banker.az bildirir ki, bu, İslam İslamovdur. İ.İslamov hazırda 2018-ci ildən etibarən “Bank Respublika”nın Daxili audit departamentinə rəhbərlik edir. Daha əvvəl isə qeyd edilən departamentin direktor müavini kimi çalışırdı.
İ.İslamov “Bank Respublika”ya qədər (2015-ci il) “AccessBank”da 10 il müddətinə audit sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb.