“Milli Kart”prossesinq mərkəzindən “Kapital Bank”a transfer olub

0

“Milli Kart” MMC-nin Strateji inkişaf və marketing departamentinin rəhbəri Aleksandr Kojevnikov vəzifəsindən ayrılıb.

O, “Kapital Bank” ASC-də yeni vəzifəyə təyinat alıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Məlumata görə, oktyabrda gerçəkləşən təyinat nəticəsində A.Kojevnikov Bankın Rəqəmsal məhsullar mərkəzinin meneceri olub.

Hazırda “Milli Kart”da A.Kojevnikovun yerinə təyinat yoxdur.

Qeyd edək ki, 2018-ci ilin sentyabrından “Milli Kart”da çalışan Aleksandr Kojevnikov ondan öncə “Access Bank” QSC, “Nikoil Bank”, ASC, “Bank Standard” QSC və “Bank Respublika” ASC-də çalışıb.

Report