26 C
Baku
Saturday, July 27, 2024

Milli Məclisin deputatları Sankt-Peterburqa səfər edəcək

Milli Məclisin (MM) deputatları Emin Hacıyev və Nigar Arpadarai MDB-yə üzv dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının 16-cı iclasının tədbirlərində iştirak etmək üçün mayın 18-dən 22-nə kimi Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.

MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumaat görə, Parlamentlərarası Gənclər Assambleyasının iclasında Emin Hacıyevin, “Gənclərin seçki prosesində iştirakı: MDB PA-nın üzv dövlətlərinin təcrübəsi” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransda isə Nigar Arpadarainin çıxışı nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər