7 C
Baku
Thursday, December 12, 2024

Milli Məclisdə büdcə müzakirələrinin vaxtı açıqlandı

Milli Məclisdə büdcə müzakirələrinin vaxtı müəyyənləşib.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

O bildirib ki, büdcə zərfinə daxil olan qanun layihələri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 23-də keçiriləcək iclasında müzakirə ediləcək.

Qeyd edək ki, büdcə zərfinə “2021-ci il dövlət büdcəsi haqqında”, “2021-ci il üçün yaşayış minimumu haqqında”, “2021-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.

Son xəbərlər
Digər xəbərlər