9 C
Baku
Thursday, December 12, 2024

“Milli Nüvə Tədqiqatları Mərkəzi”nin yığılmış zərəri 10 milyon manatı keçib – Foto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus olan “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC 2020-ci ili 1.778 milyon manat zərərlə başa vurub.

Banker.az xəbər verir ki, bu 2019-cu ilə nisbətən 4.35% çoxdur.

Şirkətin yığılmış zərəri 20.7% artaraq 10.367 milyon manata çatıb.

Ötən il “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin satışdan gəlirləri 24 min manat (illik müqayisədə təxminən 14% çox), satışının maya dəyəri 1.028 milyon manat (5.1% çox), ümumi və inzibati xərcləri isə 773 min manat (3.5% çox) təşkil edib.

photo5201940024298418673

Bu il yanvarın 1-nə Mərkəzin aktivləri 6.971 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0.6% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 53.2% artaraq 668 min manata çatıb, balans kapitalı isə əlavə kapital qoyuluşuna baxmayaraq 4.2% azalaraq 6.303 milyon manata düşüb.

photo5201940024298418672

Xatırladaq ki, “Milli Nüvə Tədqiqatları Mərkəzi” 2014-cü ildə yaradılıb və onun nizamnamə kapitalı 3 milyon manatdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər